“Qarabağ”dan aldılar - Bu da ondan AÇIQLAMA

00:30 Qarabağ 312
“Qarabağ”dan aldılar - Bu da ondan AÇIQLAMA

“Seltik”in “Qarabağ”ın hücumçusu Kamilo Duranla marağı Şotlandiya mətbuatında yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, “Daily Record” nəşrinin müzakirəsində jurnalist Skott Börns Qlazqo təmsilçisinin yay transfer pəncərəsində hələlik passiv qalmasına baxmayaraq, Duranla bağlı prosesin irəlilədiyini bildirib.

O, “Seltik” azarkeşlərinin narahat olduğunu deyib: “Onlar narahatdırlar. Amma klub futbolçular transfer edəcək və görünür, Kamilo Duran məsələsində irəliləyiş var”.

Digər jurnalistlər isə “Seltik”in heyətini tezliklə gücləndirməli olduğunu vurğulayıblar. Bildirilib ki, komanda yeni mövsümə və avrokuboklara daha güclü heyətlə hazırlaşmaq istəyir.

Daha əvvəl Şotlandiya mətbuatı “Seltik”in Duran üçün “Qarabağ”la danışıqlar apardığını yazmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti