“Qarabağ”dan hər kəsin üzünü güldürəcək XƏBƏR

19:20 Qarabağ 282
“Qarabağ”dan hər kəsin üzünü güldürəcək XƏBƏR

“Qarabağ” avrokubok mövsümünə start verir.

Avropadakı qürur yerimiz Avropa Liqasında mübarizə aparacaq.

1-ci təsnifat mərhələsindəki rəqib İslandiya kubokunun son qalibi “Vestri”dir.

“Köhlən atlar”ın Avstriyada “Ferentsvaroş”la yoxlama matçında (0:1) komandanın aparıcı simalarından olan Marko Yankoviç oyunu sona çatdıra bilmədi.

Rəqib futbolçularla mübarizədə bir neçə dəfə yerdə qalan monteneqrolu yarımmüdafiəçi ikinci hissənin gedişində baş məşqçi Qurban Qurbanova yaxınlaşıb əvəzlənməsini xahiş etdi.

Nəticədə Yankoviçin yerinə meydana Kadi Borges daxil oldu.

Yankoviçin “Vestri” ilə görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı maraqlandıq. Klubdan verilən məlumatda məlum oldu ki, Markonun zədəsi ciddi deyil və o, komandanın Bakıdakı məşqlərində tam gücü ilə iştirak edir.

İslandlarla dueli yalnız bir zədəli futbolçu kənardan izləyəcək – Bəhlul Mustafazadə. Digər futbolçuların səhhətində heç bir narahatlıq yoxdur.

İyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəklşəcək “Qarabağ” – “Vestri” dueli saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti