“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

3 Mart 00:14 İspaniya 248
“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Bir gün əvvəl həbs olunan İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu məhkəmənin qərarı ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

Sportinfo.az xəbər verir ki, o, yaxın günlərdə istintaq materialları ilə tanış olacaq və yenidən şübhəli şəxs qismində ifadə verəcək.

Qeyd edək ki, Bartomeu martın 1-də səhər saatlarında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir.

“Barselona”nın sabiq prezidenti ilə birlikdə klubun baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də həbs edilmişdi.

Onlar da Bartomeu kimi, xüsusi şərtlərlə sərbəst buraxılıblar. Adları çəkilən bütün şəxslərin İspaniyanı tərk etməsinə də qadağa qoyulub.

Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü