Azərbaycan komandası B Liqasının qalibi oldu

16 May 2024 02:50 İspaniya 1 320
Azərbaycan komandası B Liqasının qalibi oldu

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.

Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu