“Son bir neçə ildə məşqçi olmaq istədiyimi bildirmişəm”

22 Noyabr 2020 01:24 İngiltərə 368
“Son bir neçə ildə məşqçi olmaq istədiyimi bildirmişəm”

İngiltərənin “Derbi Kaunti” klubunda oynayan-məşqçi olan Ueyn Runi gələcək karyerası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Runi, klubda daimi baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bidirib:

“Bu işi istəmədiyimi desəydim, istəkli biri olmazdım. Hamımız bura futbol oynamağa gəlirik, sonra isə gələcəyimizlə bağlı qərar veririk.

Son bir neçə ildə məşqçi olmaq istədiyimi bildirmişəm. Xüsusilə də, Frenk Lempard, Stiven Cerrard kimi məşqçilərin işini gördükdə, bu qərarımın üzərində dayanıram. Hər ikisi öz işlərində yaxşı irəliləyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti