“İki seçimimiz var”

23 Aprel 18:40 İngiltərə 481
“İki seçimimiz var”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının mövsümün qalan hissəsi üçün hədəflərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında onlar üçün Avropa yarışlarına vəsiqə qazanmağın vacib olduğunu bildirib:

“Hər oyunda qalib gəlməliyik. “Mançester Yunayted” belə çıxış etməlidir, bizim yanaşmamız budur.

Matçdan matça keçəcəyik. Bizim üçün Avropa yarışlarına vəsiqə qazanmaq vacibdir və iki seçimimiz var: çempionat və İngiltərə kubokunun finalı”.

“Mançester Yunayted” növbəti Premyer Liqa matçını aprelin 24-də, evdə “Şeffild Yunayted”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!