“Komanda olaraq razılaşdıq ki…” – Darmadağının iştirakçısı

17 Sentyabr 2024 04:00 İngiltərə 816
“Komanda olaraq razılaşdıq ki…” – Darmadağının iştirakçısı

“Təbii ki, o cür məğlubiyyətləri unutmaq çətindir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.

23 yaşlı forvard Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”dan (Kipr) alınan 0:6 hesablı yenilgini xatırlayıb:

“Oyunun ertəsi günü danışdıq. Baş məşqçimiz də öz fikirlərini söylədi.

Komanda olaraq razılaşdıq ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarmalı və gələcəyə baxmalıyıq. Nikosiyadakı matçda hesab arasındakı fərqin böyük olmasının səbəbi…

Belə oyunlar olur. Bəzən dünya çempionatında belə, bu cür nəticələr qeydə alınır.

Rəqibin günü idi. Bizdə isə əksinə, demək olar ki, heç nə alınmadı. Bu da yekunda nəticəyə öz təsirini göstərdi”.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda