Premyer Liqada "transfer pəncərəsi"nin vaxtı razılaşdırılır

15 İyul 2020 11:06 İngiltərə 440
Premyer Liqada "transfer pəncərəsi"nin vaxtı razılaşdırılır

İngiltərədə 2020/21 mövsümünün yay "transfer pəncərəsi"nin vaxtı müzakirəyə çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubları indiki məqamda bir variant üzərində dayanırlar.

"Sky Sports"un yaydığı xəbərdə bildirilir ki, transfer dönəminə iyulun 27-də start verilməsi gözlənilir. Klublar oktyabrın 5-nə qədər keçidlərini həll edə biləcəklər.

Bununla yanaşı, əlavə iki həftəlik möhlət verilməsi də nəzərdə tutulur. Həmin dönəmdə isə yalnız ölkə daxilindən oyunçular almaq və icarəyə götürmək mümkün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti