Messi "Barselona"nı "Mançester Siti"yə dəyişir

4 İyul 2020 12:02 İngiltərə 2 060
Messi "Barselona"nı "Mançester Siti"yə dəyişir

Argentina yığmasının hücumçusu Lionel Messi karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış argentinalı jurnalist Kristian Martin bildirib.

Məlumata görə, Messi "Barselona"dan gedəcəyi təqdirdə "Mançester Siti" ilə müqavilə imzalaya bilər. Hücumçunun əvvəllər “Barselona”da çalışmış Xosep Qvardiola ilə yenidən bir araya gələcəyi qeyd edilir.

Daha əvvəl Messinin "Barselona"nı tərk etmək istəməsi barədə məlumat yayılıb. 33 yaşlı Messi "Barselona"nın yetirməsidir. Argentinalı hücumçu cari mövsümdə İspaniya çempionatının 28 matçında (27 matçda əsas heyətdə) iştirak edərək 22 qol vurub, 17 məhsuldar ötürmə edib.

Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti