Bir bu qədər aldılar, hələ 100 min manat da "gözləmə"dədir - İCARƏ SÖVDƏLƏŞMƏSİ

14 İyul 11:40 Sabah 1 764
Bir bu qədər aldılar, hələ 100 min manat da "gözləmə"dədir - İCARƏ SÖVDƏLƏŞMƏSİ

"Sabah"ın Abdulla Rzayevi "Turan Tovuz"un sərəncamına verməsindən xəbərdarsız.

Cinah müdafiəçisi icarə əsasında əyalət klubunun şərəfini qoruyacaq.

“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bu anlaşma ”bayquşlar”a pul qazandırıb. ”Turan” Masazır təmsilçisinə 20 min manat civarında ödəmə etməyi öz üzərinə götürüb.

Eyni zamanda, onlar gənc oyunçunu gələn ilin yayında birdəfəlik transfer etmək hüququna yiyələnib. Prosesin rəsmiləşməsi üçün 100 min manat kompensasiya vermələri kifayət edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu