"Mançester Yunayted"də görmək istədiyi 3 futbolçu

19 May 17:38 İngiltərə 184
"Mançester Yunayted"də görmək istədiyi 3 futbolçu

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın transfer etməli olduğu 3 futbolçunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, veteran ingilis futbolçu Ceydon Sanço, Saul Niqes və Kalidu Kulibalini keçmiş komandasında görmək istədiyini deyib:

"Ceydon Sanço, Kalidu Kulibali və Saul Niqesi "Mançester Yunayted"də görmək istəyərdim. Harri Keyn barədə xəbərlər gəzir, amma hücumçuya ehtiyacım olsaydı, yenə də Ceydon Sançonu alardım.

Komandaya xəyali güc verəcək və bu da "Mançester Yunayted"in ehtiyac duyduğu amildir. Sançoya 7 nömrəli formanı verərdim. Təzyiqdən baş çıxaracağına əminəm".

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?