Azərbaycan klubu Xorvatiya yığmasının vingeri ilə danışıqlara başladı

29 Avqust 2023 13:00 Araz-Naxçıvan 5 945
Azərbaycan klubu Xorvatiya yığmasının vingeri ilə danışıqlara başladı

“Araz Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Mövsümün ilk dörd həftəsində yaxşı təsir bağışlayan Muxtar Respublika təmsilçisi daha bir legionerlə danışıqlar aparır.

Region klubu Denis Busnjanı Azərbaycana gəlməyə razı salmağa cəhd göstərir.

23 yaşlı yarımmüdafiəçi U-21 də daxil olmaqla, Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

Peşəkar karyerasına 2018-ci ildə “Riyeka”da başlayan vinger ötən mövsümlər ərzində 3 kluba icarəyə verilib. “İstra”, “Sered” və “Bravo”nun formasını geyinib.

“Araz Naxçıvan” bu yay Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramla müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?