"Pulu özümüz ödəyəcəyik, səhv etmişik, üzr istəyirik"

7 Aprel 2020 22:00 İngiltərə 498
"Pulu özümüz ödəyəcəyik, səhv etmişik, üzr istəyirik"

“Liverpul” məzuniyyətə göndərdiyi əməkdaşlarının məvacibini özü ödəyəcək.

Sportinfo.az xəbər verir ki, İngiltərə qanunlarına görə, koronavirusa görə işsiz qalan vətəndaşların məvacibinin 80 faizini dövlət ödəyir.

“Liverpul” rəhbərliyi də bundan yararlanaraq martın 4-də əməkdaşlarını qeyri-müəyyən müddətə məzuniyyətə göndərmişdi. Amma klubun bu addımı fanatlar tərəfindən böyük etirazla qarşılanmışdı.

Onlar “Liverpul” rəhbərliyini vergi ödəyicilərinin vəsaitindən yararlanmaqda ittiham etmişdilər. Klubun sabiq futbolçuları da bildirmişdilər ki, böyük gəlirləri olan “Liverpul”un bu addımı qeyri-etikdir.

Bu tənqidlərdən sonra klub rəhbərliyi bəyanat yayaraq üzr istəməli olub. Bəyantda bildirilir ki, məzuniyyətə göndərilən əməkdaşların məvacibi tam olaraq klub tərəfindən ödəniləcək: “Biz hesab edirik ki, ötən həftə düzgün qərar verməmişik. Buna görə hər kəsdən üzr istəyirik”.

İngiltərə çempionatı koronavirusa görə dayandırılıb. “Liverpul”un çempion olması üçün 2 qarşılaşmada qələbəyə ehtiyacı var. Komanda 1990-cı ildən bəri çempion ola bilmir.

Digər Xəbərlər
Xəbər Lenti