Premyer Liqada daha bir baş məşqçi maaşının azaldılmasına razı oldu

7 Aprel 2020 00:28 İngiltərə 476
Premyer Liqada daha bir baş məşqçi maaşının azaldılmasına razı oldu

“Vest Hem”in baş məşqçisi Devid Moyesin aylıq məvacibi azaldılıb.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis maaşının azaldılmasını özü istəyib.

Bu üzdən də klub rəhbərliyi onun aylıq maaşının 30 faiz azaldılmasına qərar verib. Bununla da şotlandiyalı mütəxəssis koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən klubuna yardım edib.

Moyes Premyer Liqada maaşının azaldılmasına razılıq verən üçüncü baş məşqçidi. Ondan öncə “Bornmut”un baş məşqçisi Eddi Hau və “Brayton”un çalışdırıcısı Qraham Potter də oxşar addımı atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi