"O, təəccüblə üzümə baxıb, “ay səni əclaf” dedi"

1 Aprel 2020 21:50 İngiltərə 1 180
"O, təəccüblə üzümə baxıb, “ay səni əclaf” dedi"

“Nyuells Old Boyz” klubunun vingeri Maksi Rodriges maraqlı etiraf edib.

Sportinfo.az xəbər verir ki, Rodriges 2010-cu ildə “Atletiko”dan “Liverpul”a keçərkən Rafael Benitesi aldatdığını etiraf edib.

O, bu yalanının üstünün mətbuat konfransında açıldığını bildirib: “Danışıqlar gedərkən, Rafa mənə dedi ki, əsas məsələ odur ki, komandada hamı ingilis dilində danışmalıdır.

Məndən bu dili bilib-bilmədiyimi soruşdu. “Əlbəttə bilirəm” dedim. İstəyirdim ki, danışıqlar pozulmasın, “Liverpul”a keçim.

İngiltərdə mətbuat konfransı idi. Benites dedi ki, əvvəlcə mən danışım, sonra sən. Ona dedim ki, mən ingiliscə “salam” deməkdən başqa heç bir söz bilmirəm. O, təəccüblə üzümə baxıb, “ay səni əclaf” dedi. Daha sonra isə ikimiz də gülümsədik. Daha sonra ingilis dilini öyrəndim”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız