"Ççempionluq uğrunda mübarizə aparmaq üçün şans var"

25 Mart 2020 01:34 İngiltərə 419
"Ççempionluq uğrunda mübarizə aparmaq üçün şans var"

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu ölkədəki vəziyyət və Premyer Liqayla bağlı danışıb:

“Heç kim çempionatın nə vaxt bərpa olunacağını bilmir. Nəzərə alaq ki, İngiltərədə bu mövzulara daha yavaş reaksiya göstərirlər. Ölkəyə karantin tətbiq olunur, amma məncə, bu, daha əvvəl edilməli idi.

İngiltərə Premyer Liqasına gəlincə, mövsümü bitirməliyik. Çünki çempionluq uğrunda mübarizə aparmaq üçün şans var. Amma reallıqla üzləşməliyik, “Liverpul” bu mövsüm çempion olmağa layiqdir”.

İngiltərə Premyer Liqası pandemiya səbəbiylə aprelin 30-dək dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti