Premyer Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

21 Mart 2020 09:56 İngiltərə 455
Premyer Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

"Vest Bromviç"in futbolçusu Çarlz Ostinin koronavirus testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu ötən həftə Çeltnemdə at yarışı festivalı zamanı xəstəliyə yoluxduğunu bildirib.

Ostin həyat yoldaşı və 3 uşağını martın 14-dən görə bilməyib. O, həmin vaxt öz evində ailəsindən təcrid olunmuş vəziyyətdə imiş.

Təcrübəli forvard qızdırmasının 39,7 dərəcəyə qalxdığını və su içində olduğu söyləyib. "Mənə elə gəlirdi ki, kimsə başımdan bir vedrə su buraxmışdı. Büsbütün su içində idim" - deyən Ostin hazırda özünü bir qədər yaxşı hiss etdiyini açıqlayıb.

Avropada milli çempionatların əksəriyyəti koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Çarlz Ostinədək "Böyük beşlik" çempionatlarından 23 futbolçunun bu infeksiyaya yoluxduğu məlum idi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu