Qurban Qurbanov AFFA tərəfindən necə aldadıldığını açıqladı: “Mən özüm getmədim“

30 Yanvar 09:20 Milli komanda 2 085
Qurban Qurbanov AFFA tərəfindən necə aldadıldığını açıqladı: “Mən özüm getmədim“

“Getdiyim yerdən çox danışmaq istəmirəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aiddir.

Təcrübəli mütəxəssis 2018-ci ildə Azərbaycan millisindən getməsi haqda sualı cavablandırıb:

“Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı.

Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin - millidən mən özüm getmədim.

Sadəcə, ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı.

Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu”.

Digər Xəbərlər
Xəbər Lenti