
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın cinah oyunçusu Markus Reşfordun İngiltərə Premyer Liqasının son “Nyukasl”la oyununda (1:0) çıxışını şərh etməkdən imtina edib.
Sportinfo.az xəbər verir ki, o, ingilis futbolçuya komanda olaraq dəstək verdiklərini deyib:
“Onun performansı barədə media ilə deyil, onunla danışacağam. Bircə onu deyə bilərəm ki, çox işləyir.
O, sağalacaq və öz formasına qayıdacaq. İndi ona komanda olaraq bütün dəstəyimizi veririk”.
Reşford “Nyukasl” ilə qarşılaşmada matçın 61-ci dəqiqəsində əvəzlənib.
26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 18 matçda iştirak edib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.