Premyer Liqa klubu Belçikadan məşqçi gətirdi - RƏSMİ

7 Dekabr 2019 13:30 İngiltərə 770
Premyer Liqa klubu Belçikadan məşqçi gətirdi - RƏSMİ

İngiltərə Premyer Liqasında uğursuzluq zolağından çıxa bilməyən "Uotford" baş məşqçi Kike Sançes Floresi istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, Hertfordşir təmsilçisi ispan çalışdırıcını Naycel Pirsonla əvəzləyib.

Son iş yeri (2017/2019) Belçikada "Lyers" olan 56 yaşlı məşqçi artıq ictimaiyyətə təqdim edilib. İngilis mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanıb.

"Uotford" Premyer Liqada geridə qalan 15 turda yalnız 8 xal qazanıb, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var