Joze Mourinyo: "Premyer Liqada çempionluq yarışı bitdi"

12 Noyabr 01:24 İngiltərə 249
Joze Mourinyo: "Premyer Liqada çempionluq yarışı bitdi"

Sonuncu dəfə "Mançester Yunayted"i çalışdırmış Joze Mourinyo İngiltərə Premyer Liqasındakı çempionluq yarışı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis çempionatın 12-ci turunda "Liverpul"un "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gəlməsi ilə çempionluq yarışına son qoyduğunu deyib:

"Məncə, Premyer Liqada çempionluq yarışı bitib. Qeyri-adi hal yaşanmasa, məsələn, zədə epidemiyası olmasa, "Liverpul"un çempionluğu əldən verəcəyinə inanmıram"

"Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. "Lester Siti" və "Çelsi" 26 xalla 2-3-cü yerləri bölüşür. "Mançester Siti" 25 xalla 4-cüdür.

Xəbər Lenti
11 Dekabr 23:20 "Barselona"ya "yox" dedi
11 Dekabr 17:54 "Neftçi"də kommunal borc
11 Dekabr 16:36 "Səbail"də ilk ayrılıq
11 Dekabr 13:04 Fati tarixə düşdü