Liderini satmaq məcburiyyətində qala bilər – Premyer Liqa təmsilçisi

5 Aprel 2024 15:40 İngiltərə 703
Liderini satmaq məcburiyyətində qala bilər – Premyer Liqa təmsilçisi

“Nyukasl” yay transfer pəncərəsində yarımmüdafiəçisi Bruno Gimarayeşlə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi maliyyə feyr-pleyi ilə bağlı problemlərin onları komandanın liderini satmağa məcbur edə biləcəyindən qorxur.

Gimarayeş mövsümün ilk yarısında klubla yeni müqavilə imzalayıb. Yeni müqavilədə futbolçunun 100 milyon avrodan çox məbləğə sərbəst buraxıla biləcəyi maddəsi yer alıb.

Bruno Gimarayeşi transfer etmək istəyən klubların siyahısına Fransa PSJ-si başçılıq edir. Braziliyalı futbolçunun xidmətində “Mançester Yunayted” və “Arsenal” da maraqlıdır.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu