Azərbaycan “Ordu”su avrokuboklarda növbəti mərhələyə yüksəldi

03:40 Voleybol 41
Azərbaycan “Ordu”su avrokuboklarda növbəti mərhələyə yüksəldi

Kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Norveçin “Forde VBK” klubunu 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada komandamız bütün setlərdə 25:18 hesabı ilə qalib gəlib.

Norveçdə keçirilən ilk görüşdə də 3:0 hesablı qələbə qazanan “Ordu” klubu iki oyunun nəticəsinə əsasən rəqibini mübarizədən kənarlaşdıraraq turnirin 1/16 final mərhələsinə yüksəlib.

Komandamızın bu mərhələdəki rəqibi Niderlandın “SIMPLEX SSS BARNEVELD” klubu olacaq.

Medial

Medial

Medial

Medial

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!