Qarabağa köçdülər, oyundan öncə Xankəndini gəzdilər - VİDEO

02:50 Hadisə 47
Qarabağa köçdülər, oyundan öncə Xankəndini gəzdilər - VİDEO

Məlum olduğu kimi, Xankəndi şəhərində Birinci Liqanın ilk oyunu baş tutub.

“Xankəndi” burada “Karvan-Yevlax”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, ev sahibi komanda matçdan əvvəl Xankəndidə gəzintiyə çıxıb.

Qarşılaşma isə qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Karvan-Yevlax”ın heyətində İbrahim Əliyev 67-ci dəqiqədə hesabı açıb. Obicon Onyeka isə 77-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Bu qələbədən sonra “Karvan-Yevlax” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Altı xalı olan “Xankəndi” isə səkkizinci yerdədir.

Qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da stadiondan canlı izləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!