Braziliyalı bombardirin transferini nəzərdən keçirir - Paytaxt təmsilçisi

9 Yanvar 21:40 İngiltərə 265
Braziliyalı bombardirin transferini nəzərdən keçirir - Paytaxt təmsilçisi

“Brentford”un hücumçusu İqor Tiaqo “Çelsi”nin maraq dairəsinə düşüb.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı forvardın transferini ciddi şəkildə nəzərdən keçirir.

“Brentford” braziliyalı futbolçunu 80 milyon avroya qiymətləndirir və “Çelsi” yanvar transfer pəncərəsində əməliyyatı reallaşdırmaq niyyətindədir.

Tiaqo 2024-cü ilin yayında 33 milyon avro qarşılığında Belçika “Brügge”sindən “Brentford”a keçib və müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib.

O, hazırkı Premyer Liqa mövsümündə 16 qolla ikinci ən yaxşı bombardirdir. Birinci yerdə “Mançester Siti”dən Erlinq Haland (20 qol) qərarlaşıb.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI