Yayda PSJ-dən “Mançester Siti”yə keçən qapıçı Canluici Donnarumma klubunu dəyişmək qərarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunda xoşbəxt olduğunu bildirib:
“Çoxu bu klub haqqında yüksək fikirdədir, ona görə də mən buraya köçməyə qərar verdim. Burada çox xoşbəxtəm.
Burada əsl ailə var. “Mançester Siti”nin güclü marağı məni həqiqətən cəlb etdi.
Baş məşqçi Pep Qvardiola şəxsən məni transfer etmək istədi və bu, məni qürurlandırır. “Mançester Siti”nin bir hissəsi olduğum üçün xoşbəxtəm”.
İtaliyalı qolkiperin “şəhərlilər”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

