“Real”ın yarımmüdafiəçisi Arda Gülər “Arsenal” tərəfindən izlənilir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” yaxın günlərdə türk futbolçu üçün icarə və satınalma şərti təklif edə bilər.
20 yaşlı türk oyunçunun çıxışı diqqətlə izlənilir. Hələlik “Real” Gülərin klubdan ayrılıb-ayrılmayacağı barədə qərar verməyib.
Arda cari mövsümdə bütün turnirlər üzrə 26 oyunda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.

