“Marsel”in hücumçusu Meyson Qrinvud mövsümün sonunda yenidən “Mançester Yunayted”in formasını geyinə bilər.
Sportinfo.az “MatchDay Central”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunun geri dönüşünü nəzərdən keçirirlər.
O, hazırda Fransada yaxşı oyun nümayiş etdirir və klubun diqqətini çəkib.
Qrinvud “Mançester Yunayted”in yetirməsidir. İngiltərə klubu 2024-cü ildə onu “Marsel”ə 26 milyon avroya satıb.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər üzrə 23 oyunda iştirak edib, 15 qol vurub və 4 məhsuldar ötürmə verib.

