“Mançester Yunayted”də Ruben Amorimin istefasından sonra boş qalan baş məşqçi postuna əsas namizədlərin adları məlum olub.
Sportinfo.az xəbər verir ki, bukmeker kontorları hazırda işsiz olan Ole Qunnar Sulşeri favorit hesab edirlər.
Məlumata görə, norveçli mütəxəssisin yenidən “qırmızı şeytanlar”ın sükanı arxasına keçmək ehtimalı yüksək qiymətləndirilir.
Digər namizədlər arasında hazırda komandanı müvəqqəti idarə edən Darren Fetçer və İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt də var.
“Mançester Yunayted” yanvarın 5-də Ruben Amorimi uğursuz nəticələrə görə istefaya göndərib.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda Premyer Liqada 15-ci pilləyə qədər geriləmişdi. Sulşerin sonuncu iş yeri isə “Beşiktaş” komandası olub.

