“Transferləri ictimai müzakirə etmirəm” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

7 Yanvar 18:20 İngiltərə 668
“Transferləri ictimai müzakirə etmirəm” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot “Kristal Pelas”ın müdafiəçisi Mark Quehiyə klubun marağı haqqında yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis transferləri ictimai müzakirə etmədiyini deyib:

“Transferləri ictimai müzakirə etmirəm, xüsusilə də, digər klubların futbolçuları barədə. Bu suala cavab verməyimin mənası yoxdur, çünki bizə aid olmayan oyunçular haqqında danışmırıq”.

Əvvəlki xəbərlərdə “Liverpul”la yanaşı, “Mançester Siti” və “Arsenal”ın da Quehi ilə maraqlandığı bildirilirdi.

Həmçinin ingiltərəli müdafiəçinin yayda başa çatacaq müqaviləsini yeniləməyəcəyi barədə məlumatlar yayılmışdı.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!