Paytaxt klubu axtardığı yeni baş məşqçini Fransada TAPDI

7 Yanvar 00:00 İngiltərə 616
Paytaxt klubu axtardığı yeni baş məşqçini Fransada TAPDI

“Çelsi” yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Liam Rozenyor təyin edilib.

41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.

Rozenyorun məşqçilik karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub.

O, daha əvvəl “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (Çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə Fransada “Strasburq”a rəhbərlik edib.

"Çelsi” əvvəlki məşqçi Enzo Mareskanı istefaya göndərdikdən sonra bu vəzifə boş idi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!