Misirli hücumçunu transfer etmək istəyir - “Mançester Siti”dən

6 Yanvar 21:40 İngiltərə 256
Misirli hücumçunu transfer etmək istəyir - “Mançester Siti”dən

“Mançester Siti”nin hücumçusu Omar Marmuş İngiltərə Premyer Liqasının digər klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Aston Villa” misirli futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir.

Birmingem təmsilçisi hücum xəttini gücləndirmək üçün Marmuşu heyətinə qatmaq istəyir. Onların bu transferdə əsas rəqibi isə “Tottenhem” hesab olunur.

Bununla belə, “Mançester Siti” mövsümün gedişində 26 yaşlı futbolçu ilə yolları ayırmağa həvəsli deyil.

Marmuş “şəhərlilər”in sıralarına ötən ilin yanvarında qoşulub. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!