Premyer Liqanın iştirakçısı baş məşqçisi ilə bağlı nə qərar verdi?

6 Yanvar 18:20 İngiltərə 247
Premyer Liqanın iştirakçısı baş məşqçisi ilə bağlı nə qərar verdi?

“Tottenhem”in baş məşqçisi Tomas Frankın gələcəyi ilə bağlı yeni məlumatlar yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi qış transfer pəncərəsində danimarkalı mütəxəssisə ciddi dəstək göstərəcək.

Tomas Frank cari mövsümün sonuna qədər komandanın “sükanı arxasında” qalacaq.

Mövsüm başa çatdıqdan sonra isə onun fəaliyyəti ilə bağlı yekun qərar veriləcək. Hazırda baş məşqçinin istefaya göndərilməsi gündəmdə deyil.

O, “Tottenhem”i cari mövsümün əvvəlində qəbul edib. Onun komandası İngiltərə Premyer Liqasında 20 turdan sonra 27 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Daha əvvəl mətbuatda “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettinonu geri qaytarmaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!