İbaş məşqçi postuna 2 əsas namizəd var - Premyer Liqa təmsilçisinin

6 Yanvar 12:20 İngiltərə 359
İbaş məşqçi postuna 2 əsas namizəd var - Premyer Liqa təmsilçisinin

“Mançester Yunayted”in baş məşqçi postu üçün iki əsas namizəd müəyyənləşib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin hazırkı çalışdırıcısı Tomas Tuxel və “Marsel”ə rəhbərlik edən Roberto De Dzerbi “qırmızı şeytanlar”ın əsas hədəfləri hesab olunur.

Hər iki mütəxəssis mümkün müqaviləni imzalayıb işə başlamağa ən tez 2026-cı ilin yayında başlaya biləcək.

Bunun səbəbi Tomas Tuxelin İngiltərə millisi ilə 2026-cı il dünya çempionatına qədər işləməli olması, Roberto De Dzerbinin isə hazırda “Marsel”də işlərinin uğurla getməsidir.

“Mançester Yunayted” rəhbərliyi dünən baş məşqçi Ruben Amorimin istefaya göndərildiyini rəsmən açıqlayıb. Bildirilir ki, bu qərar Premyer Liqanın 21-ci turunda “Lids”lə bərabərə qaldıqları (1:1) oyundan əvvəl qəbul edilib.

Portuqaliyalı mütəxəssis kluba 2024-cü ilin noyabrında qoşulmuş və bir ildən artıq komandanı çalışdırmışdı.

“Mançester Yunayted” onun rəhbərliyi altında heç bir titul qazana bilməyib və UEFA Avropa Liqasının finalında “Tottenhem”ə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti