Argentina millisinin hücumçusu Premyer Liqa klubunda

6 Yanvar 01:30 İngiltərə 238
Argentina millisinin hücumçusu Premyer Liqa klubunda

“Latsio” nun hücumçusu Valentin Kastelyanos İngiltərə təmsilçisi “Vest Hem”ə transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin futbolçusu ilə 4 il yarımlıq müqavilə bağlanıb. Sözləşmədə yer alan bəndə əsasən, müqaviləni daha bir il uzatmaq olar.

Kastelyanos 2023-cü ildən “Latsio”da çıxış edib və bu müddət ərzində 75 oyunda 16 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti