Yeni baş məşqçiyə geniş səlahiyyətlər verməyəcək -

6 Yanvar 00:10 İngiltərə 230
Yeni baş məşqçiyə geniş səlahiyyətlər verməyəcək -

“Mançester Yunayted” rəhbərliyi komandanın Ruben Amorimlə birgə kifayət qədər irəliləyiş göstərmədiyini düşünüb və bu amil portuqaliyalı mütəxəssisin qovulmasının əsas səbəblərindən biri olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klubda Amorimin fəaliyyəti dövründə oyunda nəzərəçarpacaq inkişaf və irəliyə doğru real addımlar müşahidə olunmadığını hesab edirlər.

Məhz bu səbəbdən, dəyişiklik üçün doğru zamanın yetişdiyi qənaətinə gəlinib.

Həmçinin, “Mançester Yunayted” rəhbərliyi baş məşqçi ilə bağlı hansısa “hakimiyyət savaşı” və ya ultimatumların mövcudluğunu təkzib edir.

Bununla belə, Amorimlə klubun texniki direktoru Ceyson Uilkoks arasında fikir ayrılıqlarının yarandığı da etiraf olunur.

Klub daxilində vurğulanır ki, gələcəkdə baş məşqçi postuna kimin təyin olunmasından asılı olmayaraq, o, geniş səlahiyyətlərə malik “menecer” deyil, məhz klassik baş məşqçi funksiyasını yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti