“Barselona”nı götürək, yaxşı məşqçi olmasa, heç nə edə bilməzlər”.
“Neftçi”nin legioneri İmad Faraj Sportinfo.az-a açıqlamasında belə deyib.
Fransalı cinah yarımmüdafiəçisi bildirib ki, onların yaxşı heyəti var: “
Liverpul”a baxın, uduza-uduza gedirlər. Halbuki Yurgen Kloppun dövründə İngiltərə çempionu olmuşdu,
Çempionlar Liqasını qazanmışdı. Vəziyyəti düzəltmək üçün bəzi elementlərə və ya düzəlişlərə ehtiyac var.
Ondan sonra “Neftçi” möhtəşəm təsir bağışlayacaq. Çünki fərdi keyfiyyətləri yüksək olan futbolçularımız çoxdur.
Lakin kollektiv futbol oynaya bilmirik. Mən Abubakarın oyun üslubunu bilmirəm,
Varqas mənim nə edəcəyimi bilmir, yaxud başqa futbolçu digərinin. Ona görə də çox işləməliyik, komanda futbolu oynamalıyıq”.

