36 yaşlı hücumçu ittiham olunur - Onu 5 ilə qədər həbs gözləyir

29 Dekabr 2025 10:20 İngiltərə 961
36 yaşlı hücumçu ittiham olunur - Onu 5 ilə qədər həbs gözləyir

İngiltərə millisinin və “Liverpul”un keçmiş ulduzu Endi Kerroll məhkəmə qərarını pozduğuna görə 5 ilə qədər həbs təhlükəsi ilə üz-üzə qalıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu qadına qarşı zorakılıq etməmək barədə məhkəmə qadağasını pozmaqda ittiham olunur.

Məlumata görə, futbolçu cari ilin aprel ayında Fransadan qayıdarkən Londonun “Stansted” hava limanında saxlanılıb.

İttihama əsasən, o, mart ayında baş vermiş insidentlə bağlı tətbiq edilən qadağa şərtlərini pozaraq zərərçəkmiş şəxslə əlaqə saxlayıb və ya ona yaxınlaşıb.

Endi Kerrollun işi üzrə növbəti məhkəmə dinləməsi dekabrın 30-da Çelmsford Magistrat Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, İngiltərə qanunvericiliyinə görə, bu növ məhkəmə qadağalarının pozulması ağır cinayət hesab olunur və şəxs günahkar bilinərsə, onu 5 ilədək həbs gözləyir.

Xatırladaq ki, futbolçunun şəxsi həyatında da çətinliklər davam edir. Belə ki, o, hazırda həyat yoldaşı Billi Maklou ilə boşanma prosesindədir və beş övlad atasıdır.

Onu da bildirək ki, ingiltərəli karyerası ərzində “Liverpul”, “Nyukasl Yunayted” və “Vest Hem” kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"