Qış transfer pəncərəsində “Mançester Siti”ni tərk edə biləcək futbolçuların sayı arta bilər.
Sportinfo.az MEN nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola artıq dayaq yarımmüdafiəçisi Kelvin Fillipsə güvənmir.
Klub uyğun təklif daxil olacağı təqdirdə, onu buraxmağa hazırdır.
İngilis futbolçu cari mövsümdə yalnız Liqa kubokunda bir oyunda iştirak edib və həmin matçda cəmi 7 dəqiqə meydanda olub.
Bundan başqa, “Mançester Siti”nin Oskar Bobla də yollarını ayırmaq ehtimalı var.
Son vaxtlar tez-tez zədələnən vingerin icarəyə verilməsi əsas variant kimi nəzərdən keçirilir, ancaq klub onun tam satışını da istisna etmir.
Bob bu mövsüm bütün turnirlərdə 15 oyunda forma geyinib və 1 məhsuldar ötürmə verib.

