Premyer Liqanın başqa klubuna keçə bilər - 20 yaşlı yarımmüdafiəçi

26 Dekabr 2025 00:10 İngiltərə 806
Premyer Liqanın başqa klubuna keçə bilər - 20 yaşlı yarımmüdafiəçi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.

Sportinfo.az “Talking Ball”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya “Arsenal” maraq göstərir.

Londonlular yanvar transfer pəncərəsində Mainunu heyətinə qatmağa çalışa bilər.

Hazırda klublar yarımmüdafiəçinin icarəsi üzrə danışıqlar aparır, ancaq hələ yekun razılaşma əldə olunmayıb. Bildirilir ki, futbolçunun özü də “Arsenal”a keçmək variantına maraqlıdır.

Mainu cari mövsümdə Premyer Liqada 11 oyunda iştirak edib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"