“Liverpul”un yeni ulduzu “Qarabağ”la oyuna çıxmayacaq?

25 Dekabr 2025 20:20 İngiltərə 1 023
“Liverpul”un yeni ulduzu “Qarabağ”la oyuna çıxmayacaq?

Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Qarabağ”ın rəqibi olacaq İngiltərənin “Liverpul”"un hücumçusu Aleksandr İsak bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər.

Sportinfo.az "The Athletic” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqanın XVII turunda “Tottenhem”lə keçirilən oyunda (2:1) zədələnən isveçli ulduzun ayağını sındığı ehtimal olunur.

Bu, təsdiqini tapacağı təqdirdə Aleksandr İsak bir neçə ay forma geyinə bilməyəcək. Daha əvvəl “Liverpul” klubunun tibbi heyəti çarpaz bağların zədələnməsi ehtimalını istisna edib.

“Liverpul” ötən yay Aleksandr İsakı klub tarixinin rekord məbləği olan 125 milyon funt-sterlinq qarşılığında transfer edib.

İngiltərə təmsilçisi Çempionlar Liqasının VIII turu çərçivəsində yanvarın 28-də “Qarabağ”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"