Premyer Liqada klubunu dəyişə bilər - İspaniyalı hücumçu

25 Dekabr 2025 10:20 İngiltərə 993
Premyer Liqada klubunu dəyişə bilər - İspaniyalı hücumçu

“Fulhem”in hücumçusu Adama Traore klubunu dəyişə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Vest Hem”in baş məşqçisi Nuno Espirito Santo şəxsən 29 yaşlı futbolçunun komandaya cəlb olunmasında maraqlıdır.

Traorenin “Fulhem”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq və ehtimal olunur ki, transfer məsələsi yanvarın ilk günlərində həll olunacaq.

2023-cü ildən London klubunun formasını geyinən ispaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"