“Everton”un hücumçusu Cek Qriliş klubda qalmaq arzusunu ifadə edib.
Ызщкештащ.az “Football Insider”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Everton”da keçirdiyi vaxtdan zövq alır və baş məşqçi Devid Moyesin rəhbərliyi altında oynamağa davam etmək istəyir.
“Everton”da icarə əsasında çıxış edən Qrilişi klub sonradan tam transfer edə bilər. Ancaq bu, onlara 57 milyon avroya başa gələcək.
Londonluların hazırkı büdcəsi isə 34 milyon avrodan artıq ödəməyə imkan vermir. Ona görə də, onlar transfer qiymətinin endirilməsinə ümid edirlər.
İngiltərəli futbolçu yayda “Mançester Siti”dən “Everton”a icarəyə verilib. O, həmin vaxtdan bu yana bütün turnirlərdə 16 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

