“Qarabağ”ın rəqibinin futbolçusundan üzr istədi: “Səni incitmişəmsə, bağışla”

11 Dekabr 2025 03:20 İngiltərə 455
“Qarabağ”ın rəqibinin futbolçusundan üzr istədi: “Səni incitmişəmsə, bağışla”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salaha ünvanladığı sərt sözlərə görə ondan üzr istəyib.

Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbol eksperti daha əvvəl misirli futbolçunun davranışını “biabırçı” adlandırmışdı:

“Salah, səni incitmişəmsə, bağışla. Sən həmişə “Liverpul” futbolçusu kimi mənim xoşuma gəlmisən. Amma meydandan kənarda da layiqli davranış göstərmək lazımdır”.

Salah daha əvvəl komandanın baş məşqçisi Arnet Slot haqda qalmaqallı açıqlama illə yadda qalmışdı.

33 yaşlı forvard 2017-ci ilin yayından “Liverpul”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 13 oyuna çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!