“Onun davranışı utancvericidir, komandaya maksimum zərər vurmağa qərar verdi”

10 Dekabr 2025 15:40 İngiltərə 1 095
“Onun davranışı utancvericidir, komandaya maksimum zərər vurmağa qərar verdi”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “qırmızılar”ın hücumçusu Məhəmməd Salahın davranışını sərt tənqid edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Salahın davranışının əsl utancverici olduğunu bildirib:

“Onun davranışı əsl utancvericidir. Salah komandaya maksimum zərər vurmağa qərar verdi…

Baş məşqçiyə qarşı çıxmaq və onun istefasını tələb etmək üçün ən pis vaxtı seçdi”.

Misir millisinin 33 yaşlı hücumçusu sabah keçiriləcək Çempionlar Liqasının 6-cı turunda “İnter”lə matç üçün komandanın iştirak ərizəsindən çıxarılıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü