“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Arne Slotla yaşanan gərginlik fonunda sosial şəbəkədə yeni paylaşım edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli forvard “Kirbi”dəki klub bazasının idman zalından fotosunu paylaşaraq, dayanmadığını və fərdi şəkildə işlədiyini göstərib.
Salahla Slot arasındakı qarşıdurma “Lids”lə Premyer Liqanın 15-ci tur matçından (3:3) sonra alovlanıb. Həmin görüşdə iştirak etməyən Salah ehtiyat oyunçular skamyasından oyunu izləyib və matçdan sonra emosional çıxış edərək, həm Slotu, həm də klubu özünə hörmətsizlikdə ittiham edib.
Bunun ardınca o, “Liverpul”un UEFA Çempionlar Liqasının 6-cı turunda “İnter”lə bu gün, saat 00:00-da keçiriləcək oyun üçün heyətinə daxil edilməyib.
33 yaşlı Salah 2017-ci ildən “Liverpul”da çıxış edir və bu müddətdə klubla Premyer Liqanı, Çempionlar Liqasını, Klublararası dünya çempionatını və digər titulları qazanıb.
“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.


