“Portu”nun hücumçusunu izləyir - Premyer Liqa təmsilçisi

7 Oktyabr 2025 10:00 İngiltərə 832
“Portu”nun hücumçusunu izləyir - Premyer Liqa təmsilçisi

“Portu”nun 21 yaşlı hücumçusu Samu Aqehova “Tottenhem” tərəfindən yaxından izlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı forvard ötən mövsüm 27 qol vurmaqla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

“Tottenhem” onun çıxışını diqqətlə təhlil edir və potensial transferi gündəmdə saxlayır.

Bununla belə, yanvarda Aqehovanın transferi real görünmür. “Portu” mövsümün ortasında əsas hücumçusunu itirmək istəmir. Mümkün keçid yalnız gələn yay baş tuta bilər.

Aqehova cari mövsümdə bütün turnirlərdə 8 oyunda 5 qol vurub. Onun “Portu” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti