
“Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jezus karyerasını vətənində davam etdirə bilər.
Sportinfo.az “Gazeta do Urubu”-ya istinadən xəbər verir ki, 28 yaşlı forvardla “Flamenqo” ciddi şəkildə maraqlanır.
Ancaq “Flamenqo” londonluların tələb etdiyi 30 milyon avroluq transfer məbləğini ödəmək fikrində deyil.
Buna baxmayaraq, Jezusun özü “Arsenal”ı tərk etməyə hazırdır. O, daha çox oynamaq və qarşıdakı dünya çempionatı üçün Braziliya millisində yer almaq istəyir.
Jezus cari mövsümdə hələ meydana çıxmayıb. O, öncəki mövsümdə aldığı çarpaz bağ qopması səbəbilə bərpa prosesi keçir.
Braziliyalı futbolçunun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.