
“Tottenhem”in baş məşqçisi Tomas Frank “Brentford”un müdafiəçisi Natan Kollinsin “Liverpul”a keçidinə mane olmaqda qərarlıdır.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, danimarkalı mütəxəssis futbolçunun transferinin qarşısını almaq üçün daha əvvəl çalışdığı “Brentford”la yaxın əlaqələrindən istifadə etməyə ümid edir.
O, futbolçunu öz komandasında görmək istəyir.
Kollins bu mövsüm bütün yarışlarda 8 matçda meydana çıxıb və qol vura bilməyib.
“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.