
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın hücumçu Erlinq Halandla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi bunu deyib:
“Mən Halandın yerinə yetirmək istəmədiyi müqaviləni imzalayacaq qədər axmaq olduğunu düşünmürəm, bu, dəqiqdir.
Amma bu, futboldur, kim bilir nə olacaq? Heç kim.
Mənə Halandı xəyal etməyən bir klubun adını çəkə bilərsiz? Mən dünyanın bütün klubları kimi “Barselona”nın Erlinq arzusunu başa düşürəm.
Haland bizimlə olmasaydı, o, “Mançester Siti”nin də arzusu olardı. Düzünü desəm, gələcəkdə nə olacağını bilmirəm.
Mən bilirəm ki, Halandın bizimlə uzun müqaviləsi var, o, yaxşı oynayır və çox qol vurur. Komanda ona çox kömək edir və qol vurmaq üçün çoxlu imkanlar yaradır”.
Bu yaxınlarda mətbuatda “Barselona”nın norveçli forvardla müqavilə imzalamaqda maraqlı olduğu bildirilib.